Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-05,
Seanews
Heyder Eliyev

ASCO nümayəndələri TBNM-in İşçi Qrupunun iclasında iştirak ediblər

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə 3-4 dekabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi Qrupunun iclası keçirilib.

İclasda ASCO-nun İstismar-kommersiya departamentinin rəisi Ruslan Qurbanov və departamentin aparıcı mütəxəssisi Niyaməddin Aslanov da iştirak edib.

Tədbirdə qeyd olunub ki, 2024-cü ilin 11 ayında TBNM marşrutu ilə 20 fut ekvivalentində 50 min konteyner daşınıb. Bu da daşıma həcmlərinin sabit artımını və həyata keçirilən strateji təşəbbüslərin effektivliyini göstərir.İclasda bildirilib ki, ilin əvvəlindən Orta Dəhliz vasitəsilə 328 konteyner qatarı keçib, bunlardan 304-ü Çin Xalq Respublikasından gəlib. Bu, marşruta olan yüksək tələbatı və onun beynəlxalq daşımalar üçün əhəmiyyətini vurğulayır, həmçinin onun daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir.

İclasda 2025-ci il üçün TBNM marşrutu üzrə yük daşımaları üzrə tarif dərəcələri təsdiqlənib. İştirakçılar həmçinin növbəti il üçün inkişaf planlarını və proqnozlaşdırılan daşımalar həcmlərini razılaşdırıblar, burada xidmətlərin prioritet inkişafına və tranzit konteyner daşımaları həcmlərinin artırılmasına xüsusi diqqət yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır