Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-27,
Seanews
Heyder Eliyev

Pakistan Hərbi Dəniz Qüvvələrini gücləndirir

Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Hava Müstəqil Hərəkət (AIP) texnologiyası sahəsində mühüm addım atıb.

Ordu.az xəbər verir ki, 2030-cu illərdə istifadəyə veriləcək “Hangor” sinfinə məxsus sualtı qayıqlar Pakistanın sualtı donanmasını gücləndirəcək.

Pakistan Hərbi Dəniz Qüvvələri son illərdə AIP texnologiyasını mənimsəmək məsələsində Hindistanı geridə qoyub.

Bildirilir ki, Çin istehsalı olan “Hangor” sinfinə məxsus sualtı qayıqların Pakistan HDQ-yə daxil edilməsi onun bu sahədə liderliyini möhkəmləndirəcək.

Hindistan P-75 “Scorpene” layihəsi çərçivəsində altıncı və sonuncu sualtı qayığını donanmasına qatsa da, texnologiya baxımından Pakistandan geri qalır.

Həmçinin Hindistan HDQ-nin müasir texnologiya ilə təchiz edilmiş heç bir sualtı qayığı yoxdur. Halbuki Pakistan artıq öz HDQ-sinə Fransa istehsalı olan 3 ədəd “Agosta-90B” sinfinə məxsus sualtı qayığı (PNS “Khalid”, “Saad” və “Hamza”) daxil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır