Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-19,
Seanews
Heyder Eliyev

Veteran dənizçi Raquf Məmmədov vəfat edib

Təcrübəli gəmi mexaniki Raquf Məmmədov vəfat edib.

1937-ci ildə Qazaxın Kəmərli kəndində doğulan Raquf Məmmədov 1956-cı ildə Bakı Dəniz Yollar Məktəbinin “Gəmi mexaniki” şöbəsinə qəbul olub. Əmək fəaliyyətinə 1959-cu ildə başlayıb. Хəzər Dəniz Gəmiçiliyinin tanker, quru yük və sərnişin gəmilərində işləyib, baş mexanik vəzifəsinədək yüksəlib. O, 2016-cı ildən təqaüddə idi.

Raquf Məmmədov dəniz nəqliyyatı sahəsindəki xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə 2015-ci ildə “Tərəqqi" medalına layiq görülüb. Bundan başqa, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı, “Əmək veteranı”, “Xəzər veteranı”, Xəzər Dəniz Gəmiçiliyinin “Qabaqcıl mexanik” fəxri adı (üç dəfə) və “25 il qəzasız fəaliyyət” döş nişanı ilə təltif edilib.

ASCO rəhbərliyi və kollektivi adından veteran dənizçi Raquf Məmmədovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır