Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-11,
Seanews
Heyder Eliyev

Sinqapurda qaz tankerinin kapitanı ölüm hadisəsini gizlətdiyi üçün həbs edilib

Sinqapur məhkəməsi qaz tankerinin kapitanını gəmidə baş vermiş ölüm hadisəsi barədə yalan məlumat verdiyinə görə 14 ay müddətinə azadlıqdan məhrum edib.

“Seanews.az” xəbər verir ki, bu, hadisə ilə bağlı həbs edilən ikinci zabitdir.

2024-cü ildə kimyəvi tanker lövbər dayanacağında olarkən təhlükəsizlik yoxlamaları aparılmadan tankın təmizlənməsi tapşırılıb. Nəticədə bir dənizçi zəhərli qazlardan təsirlənərək həyatını itirib.

İstintaq müəyyən edib ki, kapitan hadisənin detallarını gizlədib, sübutları məhv edib və heyətə yalan ifadə verməyi tapşırıb. O, sonradan günahını etiraf edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır