Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-12,
Seanews
Heyder Eliyev

Filippində bərə qəzasından sonra 14 vəzifəli şəxs işdən çıxarılıb

Filippində “Trisha Kerstin 3” bərəsinin batması ilə bağlı aparılan araşdırma nəticəsində gəminin qəza reysi zamanı normadan artıq yükləndiyi müəyyən edilib. Bunun ardından hökumət Dəniz Sənayesi İdarəsinin (MARINA) yerli rəhbəri, Sahil Mühafizəsinin Zamboanqa bölməsinin rəisi və daha 12 vəzifəli şəxsi işdən azad edib.

“Seanews.az” xəbər verir ki, ölkənin nəqliyyat naziri hadisə ilə bağlı bəzi rəsmilər barəsində inzibati və mümkün cinayət araşdırmaları aparılacağını bildirib. Qəza ilə əlaqədar gəmi operatoru “Aleson Shipping Lines” şirkətinə qarşı da tədbirlərin görülməsi nəzərdən keçirilir.

İlkin araşdırma zamanı bərənin sərnişin tutumu, texniki baxış sənədləri və dənizə yararlılıq sertifikatı ilə bağlı problemlər aşkarlanıb. Bundan əlavə, gəminin həm sərnişin, həm də yük üzrə normadan artıq yükləndiyi, nəqliyyat vasitələrinin çəkisinin yoxlanılmadığı və sərnişin siyahısının düzgün tərtib edilmədiyi müəyyən olunub.

Rəsmilər bildirirlər ki, hadisənin bütün səbəbləri tam araşdırıldıqdan sonra əlavə qərarlar qəbul ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır