ASCO-da koronavirusla bağlı profilaktik tədbirlər davam etdirilir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “PSK-48”, “Orion-18”, “Bakinskaya-6”, “Süleyman Vəzirov”, “Zülfü Hacıyev”, “Vixr-9”, “Narva”, “Abşeron-16”, “Cənub-19”, “BMK-7671”, “BMK-7220”, “BMK-1058”, “BMK-4211”, “Rauf Mirzəyev”, “Geofizik-3”, Geofizik-1”, “Neftqaz-58”, “SLV-411”, “Mühəndis Balarza Məmmədov”, “Turan”, “General Əsədov”, “Ağdərə-7”, “PS-158”, “PS-153”, “MPK-455”, “Balakən”, “Bunkerovşik-4”, “Alı Mustafayev”, “Zəfər” gəmilərində, eləcə də 674 saylı üzən emalatxanada aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.