ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Bərdə”, “Nəsimi”, “Cəlil Məmmədquluzadə”, “Xocavənd”, “Mühəndis Mustafa Əli”, “Qarabağ”, “STB-1”, “PS-153”, “Zəfər”, “Ağdərə-7”, “Çalqan-8”, “Kesson”, “MPK-455”, “Üfüq”, “Turan”, “Bulvar-1”, “PSK-33”, “Zərdab-6”, “Ağdərə-4”, “Ağdərə-7”, “Çalqan-8”, “PSK-38”, “Zəfər” gəmilərində, eyni zamanda Qaradağ texniki xidmət və təmir bazasında aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.