ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Mərdəkan”, “Bunkerovşik-6”, “Bulaq”, “PSK-45”, “Cəmil Niftəliyev”, “Abşeron-21”, “Om”, “Orion-17”, “PS-153”, “PS-158”, “PSK-38”, “PSK-51”, “Ağdərə-7”, “Orion-15”, “Orion-20”, “Zəfər”, “Məcik-1”, “SLV-370”, “Qarabağ”, “Ağdam”, “Akademik Həsən Əliyev” gəmilərində, 678 və 721 saylı üzən emalatxanalarda, ASCO-nun tikilməkdə olan inzibati binasında, Damba və Şimal körpülərinin sahil ərazilərində, Binəqədi rayonu Şəmsi Rəhimov ünvanındakı yataqxanada aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.