ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “PSK-38”, “Ağdərə-4”, “Ağdərə-7”, “Orion-15”, “MPK-470”, “MPK-474”, “Akademik Zərifə Əliyeva”, “Koroğlu”, “Naxçıvan”, “Dədə Qorqud”, “Şah İsmayıl Xətai”, “Qəhrəman Xəlilbəyli”, “Zəngilan”, “Babək”, “Prezident Heydər Əliyev”, “Şuşa”, “Balakən”, “Cabbar Həşimov”, “Məcik-1”, “Qaradağ-1”, “Professor Gül” gəmilərində, 351, 806, 901, 953 saylı üzən tərsanələrdə, Xəzər Dəniz Neft Donanmasının inzibati binaSI, anbarları və sahil ərazisində aparılıb.
Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.