Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

ASCO ailəsinə ağır itki baş verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Qarabağ” gəmisinin böyük mexaniki Polad Səfərəliyev vəfat edib.

Polad Səfərəliyev 16 iyun 1969-cu ildə Quba rayonunun Susay kəndində anadan olub.

O, 1988-ci ildə “gəmi energetik qurğuları və onların istismarı/gəmi energetik qurğularının istismarı” ixtisası üzrə Bakı Dəniz Yolları Məktəbini bitirib.

Ömrünün 33 ilini dənizçilik sahəsinə həsr edən Polad Səfərəliyev əmək fəaliyyətinə 1989-ci ildə Xəzər Dəniz Yolları İdarəsində motorçu kimi başlayıb. 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrindən sonra  2014-cü ildə böyük mexanik vəzifəsinə yüksəlib.

2021-ci ildən ömrünün sonunadək “Qarabağ” gəmisinin böyük mexaniki işləyib.  

Polad Səfərəliyev həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Polad Səfərəliyevin vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır