Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

Kambocada kimsəsiz uşaqlar üçün “üzən məktəb” tikilib

Kambocada üzən "Kompong Luong" məktəbi orada yaşayan kimsəsiz uşaqlar üçün nəzərdə tutulub.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, dünyanın bəzi bölgələri təbii mühitdən asılı olduqlarından, onların sakinləri sözün həqiqi mənasında suda yaşamaq məcburiyyətindədirlər.

Bu ölkədə Tonlesap gölünə səpələnmiş Kompong Luonqun üzən kənd şəbəkəsi var. Kiçik qəsəbələrdən birində turistlərin və yerli sakinlərin ianələri hesabına “üzən məktəb” tikilib, burada bütün ərazilərdən kimsəsiz uşaqlar oxumaqla yanaşı, həm də yaşayırlar.

Aşağı mərtəbə tamamilə yaşıllıq zolağına və uşaq meydançasına çevrilib, məktəbdə uşaqlar tənəffüs zamanı sərbəst əylənir, ikinci mərtəbə isə sinif otaqlarının təşkilinə verilir.

Təbii tikinti materiallarından istifadə etməklə tikilən məktəbdə enerjiyə qənaət edən sistemlər, o cümlədən günəş panelləri, su toplama və təmizləmə sistemləri və təbii ventilyasiya tətbiq olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır