Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-29,
Seanews
Heyder Eliyev

İki üzən elektrik stansiyası ildə təxminən bir milyon insanı təmiz enerji ilə təmin edəcək

“Total Energies”, “Corio Generation” və “Qair”-dən ibarət konsorsium Aralıq dənizində iki üzən külək elektrik stansiyasının layihəsinin inkişafı üçün açıq tenderdə iştirak edəcək.  

“Seanews.az”-ın məlumatına görə, hər birinin gücü 250 MVt olan iki elektrik stansiyası ildə təxminən bir milyon insanı təmiz enerji təmin edəcək.

Fransa 2050-ci ilə qədər dənizdə 40 GVt külək enerjisi istehsal etməyi qarşısına məqsəd qoyub.

Konsorsiumun üzvlərinin dəniz külək enerjisi sektorunda bilik və təcrübəsi kifayət qədərdir. Enerji şirkəti “Total Energies” dəniz əməliyyatları və texniki xidmət təcrübəsinə malikdir və Fransa, Böyük Britaniya və Cənubi Koreyada 2 GVt-dan çox gücə malik üzən qurğular da daxil olmaqla, ümumi gücü 11 QVt-dan çox olan dəniz külək layihələrini inkişaf etdirir. Dəniz külək enerjisi sahəsində öncül olan “Corio Generation”, həmçinin 2,5 GVt külək platforması layihəsi də daxil olmaqla, ümumi gücü 20 GVt olan layihələr hazırlayır. Avropanın bərpa olunan enerji istehsalçısı olan “Qair” Fransada külək turbinləri layihələrini inkişaf etdirməyə başlayan ilk şirkətlərdən biridir. 1 GW gücündə aktivləri idarə edir.

Əvvəllər konsorsiumun üzvləri bir sıra layihələrdə əməkdaşlıq ediblər.

“Total Energies” hazırda ümumi gücü 11 GVt-dan çox olan dəniz külək layihələri üzərində işləyir. Bu külək stansiyalarının dörddə üçü stasionar, dörddə biri isə üzəndir. Dəniz külək layihələri Böyük Britaniyada, Cənubi Koreyada, Tayvanda, Fransada və ABŞ-da yerləşir. Şirkət həmçinin ABŞ, Böyük Britaniya, Fransa və Niderlanddakı tenderlərdə iştirak etmək hüququ əldə edib, Norveç və Polşada isə tenderlərdə iştirak etməyi planlaşdırır.

“Total Energies” dünyanın üçüncü ən böyük LNG şirkətidir və dünya bazar payının təxminən 10%-nə nəzarət edir. 2025-ci ilə qədər şirkət dünyanın bütün əsas regionlarında yerləşən mayeləşdirmə zavodlarında paylar sayəsində ildə demək olar ki, 50 milyon ton istehsala çatmağı planlaşdırır. Şirkət inteqrasiya olunmuş bir yanaşma tətbiq edir və LNG-nin istehsalı, daşınması, ticarəti və təchizatı daxil olmaqla bütün LNG dəyər zəncirinə nəzarət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır