Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-30,
Seanews
Heyder Eliyev

Fransa və Rumıniya Ukrayna taxılının ixracına dəstək haqqında saziş imzalayıblar

Rumıniya və Fransa Parisdə nəqliyyat sahəsində Ukrayna taxılının ixracını dəstəkləyəcək saziş imzalayıblar. Bu barədə “Rumıniya radiosu” məlumat yayıb.

Fransa Ukrayna taxılının Konstansa, Qalati limanları və Sulina kanalı boyunca ixracının səmərəliliyini artırmaq, taxılın daşınmasını asanlaşdırmaq üçün Rumıniya ilə Ukrayna arasında quru sərhəd məntəqələrini daha yaxşı təchiz etmək, habelə yük vaqonlarının sayını artırmaqda Rumıniyaya dəstək verəcək.

Qeyd olunur ki, Rumıniya və Fransa “Rumıniya və Ukraynanı birləşdirən, o cümlədən Moldova Respublikasından keçən dəhlizlərin inkişafı üzrə ortamüddətli strategiya” hazırlayacaq.

"Bu müqavilə Ukraynaya Avropaya və inkişaf etməkdə olan ölkələrə, xüsusən də Aralıq dənizinə daha çox taxıl ixrac etməyə imkan verəcək", - deyə sənədin imzalanmasından sonra Fransanın nəqliyyat naziri Klement Bon bildirib. Onun sözlərinə görə, Ukraynanın ixrac etdiyi taxılın üçdə birindən çoxu inkişaf etməkdə olan ölkələrin payına düşür.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır