Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-30,
Seanews
Heyder Eliyev

Hambur limanının rəhbərliyi Çin şirkəti ilə razılaşmaya əməl etməməyin iqtisadiyyata zərər verə biləcəyi barədə xəbərdarlıq edir

Almaniya hökumətində Çinin “COSCO Shipping Ports Limited” şirkəti tərəfindən Hamburqdakı “HHLA Tollerort” (“Container Terminal Tollerort” – “CTT”) konteyner terminalında 35 faizlik payın alınması ilə bağlı məsələdə fikir ayrılığı var. Hakimiyyət ölkənin Çindən asılı vəziyyətə düşəcəyindən ehtiyat edir. Bununla belə, Pekin Berlini bu təklifi siyasiləşdirməməyə çağırır, Hamburqun Liman İdarəsi isə razılaşmaya əməl etməməyin iqtisadiyyata zərər verə biləcəyi barədə xəbərdarlıq edir.

“MarineLink”-in məlumatına görə, “yaşıl” nazirliklərin liderləri Çinə Almaniyanın kritik infrastrukturunda əhəmiyyətli pay verəcəyinə inandıqları bir razılaşmanın qarşısını almağa meyllidirlər. “Hökumətin reaksiyası Çindən həddən artıq asılılıq qorxusu ilə əsas ticarət tərəfdaşına münasibətini sərtləşdirməyə nə qədər hazır olduğunun göstəricisi kimi qəbul edilir”.

“Çin Xarici İşlər Nazirliyi ümid edir ki, Almaniya Çin sərmayəsini obyektiv və rasional şəkildə nəzərdən keçirəcək və Çin şirkətləri üçün ədalətli, açıq və ayrı-seçkilikdən uzaq mühit yaradacaq. Ölkənin hakimiyyət orqanları normal iqtisadi-ticarət əməkdaşlığını siyasiləşdirməyəcək və üstəlik, milli təhlükəsizlik naminə proteksionizmlə məşğul olmayacaq”, – “MarineLink” yazır.

Almaniya Ticarət və Sənaye Palatası qeyd edir ki, investisiyadan imtina üçün aydın meyarların olmaması Almaniyanın ümumilikdə investorlar üçün cəlbediciliyinə mənfi təsir göstərə bilər.

“Hamburg Marketing”-in baş direktoru Axel Mattern hər hansı bir vetoya qarşı xəbərdarlıq edərək, Çin investisiyasının "liman üçün təhlükə deyil, çox faydalı" olacağını söyləyib. “Çinin sürətli ekspansiyası son 10 ildə Avropanın ən böyük iqtisadiyyatının böyüməsinə təkan verib və Almaniya avtomobil istehsalçıları indi mənfəətlərinin yarısı üçün bu bazara güvənirlər. Çinlilərin rədd edilməsi təkcə liman üçün deyil, həm də Almaniya üçün fəlakət olardı,”-deyə “MarineLink” Axel Matternin “Reuters”-ə şərhindən sitat gətirir.

Xatırladaq ki, “Hamburger Hafen und Logistik AG” (“HHLA”) və “COSCO Shipping Ports Limited” (“CSPL”) CSPL-nin keçən payızda Hamburqdakı “HHLA Tollerort” konteyner terminalının nizamnamə kapitalına strateji investor kimi daxil olması barədə razılığa gəliblər.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır