80 illik yubileyini qeyd edən veteran dənizçi evində ziyarət olunub
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) veteran əməkdaşı, kapitan Rasim Canıyev 80 illik yubileyini qeyd edir.
Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyara evində baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.
Görüşdə veteran dənizçinin gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb.
Yubilyar diqqət və qayğıya görə dənizçilər ailəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Rasim Canıyev 1942-ci il sentyabrın 15-də anadan olub.
Əmək fəaliyyətinə matrosluqdan başlayan Rasim Canıyev kapitan, təlimatçı-kapitan vəzifəsinədək yüksəlməyi bacarıb. O, ümumilikdə 36 il gəmiçilik sahəsində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır