Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Aİ Rusiya neftinin qiymətinin bir barel üçün 62 dollar səviyyəsində məhdudlaşdırılmasını müzakirə edir

Polşa və Baltikyanı ölkələrin qiymətləri aşağı salmaq çağırışlarına baxmayaraq, Avropa İttifaqı Rusiyadan neftin qiymətinin bir barel üçün 62 dollar səviyyəsində həddi müəyyən edəcək.

Bu haqda “RİA Novosti” Brüsseldəki mənbəyə istinadən xəbər verir.

"Aİ Komissiyası əvvəlcə Rusiya neftinin qiymətinin yuxarı həddi kimi 65-70 dollar/barel təklif etmişdi. Son danışıqlardan təklif 62 dollar idi. Bununla belə, ayrı-ayrı üzv dövlətlər, o cümlədən Polşa qiymətlərin daha da azaldılmasına çalışırlar. 62 dollar və ya bir qədər də aşağı Aİ-nin qəbul edəcəyi yekun rəqəmə daha yaxındır”, - deyə mənbə bildirib.

Aİ-yə üzv ölkələr qiymətin yuxarı həddi ilə bağlı fikir ayrılıqlarını həll edə bilməsələr belə, Avropa Birliyi çətin ki, Rusiya neftinin dəniz yolu ilə idxalına embarqonun qoyulması müddətini təxirə salsın.

"Dekabrın 5-dək razılığa gəlmək üçün Aİ-yə güclü təzyiq göstərilir. Neft embarqosunun uzadılması ideyası danışıqlar zamanı səslənib, lakin müxtəlif səbəblərdən indiyədək rədd edilib", - mənbə əlavə edib.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır