Hörmüz boğazında bir neçə tanker minaya düşüb
Hörmüz boğazında bir neçə tanker dəniz minalarına düşərək partlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi hərbi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, boğazın cənub keçidində bir neçə güclü partlayış baş verib. Tankerlərin ərazidə yerləşdirilən dəniz minaları ilə toqquşduğu bildirilir.
Hadisə nəticəsində zədələnən gəmilərin sayı və mümkün itkilər barədə məlumat verilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

