Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-08,
Seanews
Heyder Eliyev

Quraqlıq Panama kanalında gəmiçiliyi çətinləşdirir, gəmilər uzun marşruta yönəlir

Panama kanalında quraqlıq səbəbindən tətbiq olunan məhdudiyyətlər gəmiləri alternativ marşrutlara yönəldib. Çili Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Magellan boğazından keçən gəmi sayı avqust və sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 70 faizdən çox artıb.

“Seanews.az” xəbər verir ki, El-Ninyo ilə əlaqələndirilən yağıntıların  azalması Panama kanalında su səviyyəsinin aşağı düşməsinə və keçidlərin məhdudlaşdırılmasına səbəb olub. Bundan əlavə, Yaxın Şərqdəki təhlükəsizlik problemləri Cənubi Amerika və Qərbi Afrikadan Asiyaya yük daşıyan bəzi gəmilərin də regiondan yan keçərək Magellan boğazına yönəlməsinə səbəb olub.

Mütəxəssislərin fikrincə, Panama kanalındakı növbələrdən və yüksək keçid haqlarından yayınmaq istəyən gəmi sahibləri üçün Magellan boğazı təbii alternativdir. Bu marşrut məsafəni və yanacaq xərclərini artırsa da, keçidin ödənişsiz olması gəmiçilik şirkətlərinə əlavə seçim yaradır.

Magellan boğazında gəmi hərəkətinin artması iyul ayından başlayıb. Artımın qarşıdakı aylarda da davam edəcəyi, xüsusilə kruiz mövsümünün başlaması ilə hərəkətin daha da intensivləşəcəyi gözlənilir.

Məlumata görə, artım əsasən 60-65 min GRT tutumunda olan gəmilər arasında qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır