

“Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsi layihəsi ilə bağlı açıqlama verib
Norveçin “Equinor” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) “Qarabağ” yatağının işlənməsi layihəsi üzərində işləyir.
Bu barədə Trend-ə “Equinor” şirkətindən bildiriblər.
Qeyd olunub ki, hazırda layihə ilə bağlı bəzi detallar müzakirə olunur.
“Əşrəfi-Dan ulduzu-Aypara” strukturuna gəldikdə isə şirkətdən bildiriblər ki, COVID-19 infeksiyası ilə əlaqədar “Aypara” strukturunda qazma işlərini təxirə salmaq qərara alınıb:
“Qazma işlərinin başlama müddətindən danışmaq tezdir. 2020-ci ildə bu sahədə fəaliyyət gözlənilmir, yeni müddət isə daha sonra açıqlanacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır