Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-18,
Seanews
Heyder Eliyev

“Titanik”in bacısı “Britannic” gəmisindən 100 ildən sonra ilk dəfə əşyalar çıxarılıb

Birinci Dünya müharibəsi zamanı Egey dənizində batan “Titanik”in bacısı "Britannic” gəmisinin qalıqlarından ilk dəfə tarixi əşyalar çıxarılıb.

“Seanews.az” xəbər verir ki, əməliyyat 2025-ci ilin mayında Yunanıstan Mədəniyyət Nazirliyinin icazəsi ilə həyata keçirilib. 11 nəfərlik peşəkar dalğıc qrupu gəminin 120 metrdən çox dərinlikdə yerləşən qalıqlarından gəmi zəngi, qırmızı naviqasiya işığı, müşahidə durbini, çini əlüzyuyan, türk hamamına aid keramik plitələr və gümüş örtüklü servis siniləri götürüb.

Əşyalar hazırda Afinada konservasiya olunur. Gələcəkdə onların Yunanıstanın Pirey şəhərində yaradılan Sualtı Qədim Əşyalar Milli Muzeyində daimi sərgidə nümayiş etdirilməsi planlaşdırılır.

“White Star Line” şirkətinin inşa etdiyi “Britannic” 1914-cü ildə suya buraxılıb. Birinci Dünya müharibəsi başlayandan sonra gəmi xəstəxana gəmisinə çevrilib. 1916-cı il noyabrın 16-da Yunanıstanın Lemnos adasına doğru hərəkət edərkən Almaniyanın dəniz minasına düşərək bir saatdan az müddətdə batıb. Göyərtədəki 1 065 nəfərdən 30-u həlak olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır