Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-18,
Seanews
Heyder Eliyev

“MSC Baltic III” gəmisinin qalıqlarının 68 faizi çıxarılıb

Kanadanın Nyufaundlend sahillərində qəzaya uğramış “MSC Baltic III” konteyner gəmisinin qalıqlarının çıxarılması və utilizasiyası işləri davam

“Seanews.az” xəbər verir ki, Kanada Sahil Mühafizəsinin son məlumatına görə, gəminin ümumi kütləsinin təxminən 68 faizi — 7 445 ton çıxarılaraq utilizasiyaya göndərilib.

207 metr uzunluğunda olan gəmi 2025-ci ilin fevralında elektrik enerjisinin kəsilməsi nəticəsində idarəetməni itirərək dayazlığa oturub. Qalıqların çıxarılmasının ikinci mərhələsi 2026-cı ilin mayında başlayıb.

Hazırda gəminin ön və orta hissələri sahilə doğru ümumilikdə 170 metr, arxa hissəsi isə 78 metr irəlilədilib. İşlərin qış mövsümü başlayana qədər davam etdirilməsi nəzərdə tutulur. Əməliyyatın 2027-ci ilə qədər uzanması da istisna edilmir.

Sahildə neft izləri, çirklənmiş bitki örtüyü və tullantılar aşkarlanıb. Ərazidən üç ölü quş da götürülüb, lakin onların ölüm səbəbi hələ təsdiqlənməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır