Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Oman Aİ-nin sərbəst gəmiçilik və ödənişsiz keçid təşəbbüsünə qoşulub

Oman BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının (UNCLOS) müddəalarına əməl olunmasını və beynəlxalq dəniz yollarında keçid üçün rüsumların tətbiqinə qarşı çıxılmasını nəzərdə tutan bəyanatı imzalayıb. Sənədə Avropa İttifaqının (Aİ) 27 üzvü və daha 33 ölkə də qoşulub.

“Seanews.az” xəbər verir ki, imza atan ölkələr naviqasiya azadlığının  qorunmasını, çoxtərəfli əməkdaşlığın gücləndirilməsini və Beynəlxalq Dəniz Təşkilatının (IMO) bu sahədə rolunun dəstəklənməsini öhdələrinə götürüblər.

Təşəbbüsün Oman üçün xüsusi əhəmiyyəti Hörmüz boğazında gəmilərin sərbəst keçidi ilə bağlıdır. İranın boğazdan keçid üçün ödəniş tələb etmək cəhdləri region ölkələrinin narahatlığına səbəb olub. Oman isə beynəlxalq hüquqa uyğun olaraq gəmilərin dinc keçid hüququnu dəstəkləyir.

Bəyanat Malakka boğazı kimi digər mühüm beynəlxalq dəniz yollarında naviqasiya və təhlükəsizlik xidmətlərinin maliyyələşdirilməsi məsələsi baxımından da əhəmiyyət daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır