Hörmüz boğazında neft tankeri minaya düşüb, ölənlər var
Hörmüz boğazının cənub hissəsində dəniz minasına düşən neft tankerində partlayış və yanğın baş verib, ölənlər var.
AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Fars” xəbər agentliyinə açıqlamasında bildirib.
Məlumata görə, tanker İranın müəyyən etdiyi tranzit qaydalarını pozaraq boğazdan keçərkən avtomatik identifikasiya sistemini (AIS) söndürüb. Nəticədə gəmi dəniz minasına dəyib, mühərrik otağında partlayış və yanğın baş verib.
SEPAH Hörmüz boğazından və körfəzdən keçən gəmiləri naviqasiya və identifikasiya sistemlərini söndürməməyə çağırıb, əks halda onların sərt tədbirlərlə üzləşəcəklərini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

