Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Norsepower” gəmilərdə rotor yelkənləri layihələrini davam etdirmək üçün 30,3 milyon dollar toplayıb

Böyük yük gəmiləri üçün rotorlu yelkən texnologiyasını inkişaf etdirən Finlandiyanın “Norsepower Oy Ltd” şirkəti 30,3 milyon dollar vəsait toplayıb.

“Seanews.az”-ın məlumatına görə, bu vəsait “Norsepower”-a istehsalı artırmağa, yanacağa qənaət etmək və gəmilərdən zərərli emissiyaları azaltmaq üçün texnologiyaların tətbiqini genişləndirməyə kömək edəcək.

Hazırda yanacağa qənaət üçün “Norsepower Rotor Sails” sistemindən istifadə edə bilən 30 000 gəmi var. Bu sistem ilk dəfə 2014-cü ildə dəstəkləyici və ekoloji cəhətdən təmiz bir həll kimi bazara təqdim edilmişdir.

Anton Flettnerin boru yelkən texnologiyası hələ 1925-ci ildə külək enerjisindən istifadə edən köməkçi hərəkət mühərriki kimi hazırlanmışdır. “Norsepower” şirkəti  Flettnerin rotorunu təkmilləşdirdi. Modernləşdirilmiş versiya yığcamdır və hündürlüyü 24 metr, diametri 4 metr olan içi boş silindrdən ibarətdir. Boru yelkənin istismarı zamanı silindr öz oxu ətrafında fırlanır. Hərəkətçinin işi fırlanan cismin ətrafında hava axınının əlavə qüvvə yaratdığı fiziki bir hadisəyə əsaslanır.

Fırlanan yelkən sistemindən gəmilərdə səkkiz ildən artıqdır ki, istifadə olunur və  5%-dən 25%-ə qədər yanacağa qənaət etməyə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır