Çin dünyanın ilk dəniz neft emalı zavodunu işə salır
Çində dənizdə neft emalı zavodu sayılan “M350” gəmisi rəsmi olaraq istifadəyə verilib.
“Seanews.az”-ın məlumatına görə layihə “Dalian Shipbuilding Industry Co” tərəfindən hazırlanıb.
Yüksək texnologiyalı gəmi dərinsulu neft və qaz yataqlarının işlənməsi üçün nəzərdə tutulub. O, neft və təbii qaz hasil edə, saxlaya, emal və nəql edə bilər. “M350” gündə 220 000 barrelə qədər xam neft emal etmək qabiliyyətinə malikdir. İstismar müddəti 30 ildən çox olan gəmi qasırğalara tab gətirmək gücündədir.
“M350” gəmisindən dünyanın bir çox dənizlərində istifadə oluna biləcəyi vurğulanır. Gəminin ümumi uzunluğu 364 metr, eni 64 metr, bortunun hündürlüyü 33 metr, yükgötürmə qabiliyyəti 460 min tondan artıqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır