Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Türkiyənin ilk avtonom sualtı modulu xidmətə hazırdır

Avtonom hərəkət qabiliyyətinə malik Türkiyənin ilk sualtı modulu həm hərbi, həm də mülki məqsədlər üçün istifadəyə hazırdır.

Oxu.az xəbər verir ki, “Aselsan” şirkətinin “Deringöz” dalğıc sistemi sınaqları uğurla başa vurub.

Avtonom sualtı vasitə öz texniki xüsusiyyətləri ilə diqqət çəkir. O, yüksək manevr və dəqiq naviqasiya qabiliyyəti, fərdiləşdirilə bilən missiya yükləri, optik və sonar təsvir texnologiyaları, simsiz rabitə infrastrukturu kimi funksiyalarla təchiz edilib. “Deringöz” sualtı araşdırma, kəşfiyyat və müşahidə, mina aşkarlama, boru xəttinin təftişi, liman və baza mühafizəsi kimi bir çox sahədə effektiv şəkildə istifadə edilə bilər.

Cihaz 600 metr dərinlikdə işləmə qabiliyyətinə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır