Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-08,
Seanews
Heyder Eliyev

“Maersk” nüvə enerjisi ilə işləyən konteyner gəmisi inşa etmək imkanlarını nəzərdən keçirir

“Maersk”, Britaniyanın “Lloyd's Register” təsnifat cəmiyyəti və “Core Power” dəniz gəmiçiliyi üçün nüvə enerjisi texnologiyaları şirkəti arasında nüvə qurğuları ilə yeni nəsil fider konteyner gəmisinin birgə yaradılması haqqında saziş imzalanıb.

“Seanews.az”-ın məlumatına görə, bu barədə “Lloyd's Register”-in mətbuat xidməti xəbər verir.

Tərəflər nüvə gəmiçiliyinin normativ tənzimlənməsi qaydalarını, yenilənmiş təhlükəsizlik qaydalarına tələbləri, konteyner daşımaları bazarında nüvə enerjisindən istifadə üçün zəruri olan istismar və tənzimləyici aspektləri birgə nəzərdən keçirəcəklər.

“Moller-Maersk”-in donanmanın texnologiyası şöbəsinin rəhbəri Ole Graa Jacobsen bildirib ki, nüvə enerjisi, məsələn, təhlükəsizlik, tullantıların idarə edilməsi və müxtəlif regionlarda qaydaların qəbulu ilə bağlı bir sıra problemlər yaradır. İindiyədək bu texnologiyanın çatışmazlıqları üstünlüklərini açıq şəkildə üstələmişdir. Əgər bu problemlər yeni dördüncü nəsil reaktor konstruksiyasını inkişaf etdirməklə aradan qaldırılarsa, nüvə enerjisi potensial olaraq 10-15 il ərzində logistika sənayesini karbondan təmizləmək üçün başqa mümkün yol kimi ortaya çıxa bilər. Buna görə də biz bu texnologiyanı, eləcə də bütün digər aşağı emissiya həllərini izləməyə və qiymətləndirməyə davam edirik.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır