Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-21,
Seanews
Heyder Eliyev

“Maersk” bu il iki yanacaqlı metanol mühərrikləri ilə ən azı 19 yeni konteyner gəmisini istismara qəbul edəcək

Danimarkanın xətti gəmiçilik şirkəti “A.P. Moller-Maersk” 2025-ci ilin sonuna qədər iki yanacaqlı metanol mühərrikləri ilə ən azı 19 yeni konteyner gəmisini istismar üçün qəbul edəcək.

“Seanews.az” xəbər verir ki, bu barədə sosial mediada “Maersk”-in donanmanın və texnologiyanın idarə edilməsi şəbəsinin rəhbəri Leonardo Sonzio məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ilin sonunadək Danimarkanın Kassa zavodundan (“European Energy”) sintetik metanolun ilk partiyasının çatdırılması planlaşdırılır.  Zavodun illik gücü 32 min tondur. “Maersk” bəzi gəmilərində yanacaq kimi istifadə etmək üçün ildə ən azı 10 000 ton metanol götürəcək.

“Maersk” 2024-cü ildə Çin və Cənubi Koreyadakı gəmiqayırma zavodlarına  iki yanacaqlı mayeləşdirilmiş təbii qazla işləyəcək (LNG) 20 gəminin tikintisini sifariş verib. Şirkət onları 2028-2030-cu illərdə alacaq.

“Maersk”-in sözçüsü bildirib ki, şirkətin 2025-ci ilə qədər yeni gəmiləri metanolla işləməyə hazırlamaq üçün texniki imkanları var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır