Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

liman tamamilə avtonom sistemə ke

2018-ci ilin sonunda Çinin Kaofeidian şəhərindəki ticarət limanı tamamilə avtonom sistemə keçəcək. Burda kran və digər daşıyıcıların istifadəsi zamanı insan əməyinə  ehtiyac qalmayacaq. “Seanews.az” xəbər verir ki, layihəni ABŞ və Çinin ortaq şirkəti “TuSimple” həyata keçirir. Hazırda şirkət bütün yük avtomobillərini avtonom texnikalarla əvəzləyir. Başqa bir texnologiya firması isə kranların avtomatlaşdırılması üzərində işləyir. Bütün vasitələr mərkəzi nəzarət sistemi tərəfindən idarə olunacaq. Qeyd edək ki, avtonom konteyner daşıyan avtomobillər daha əvvəl Hollandiyanın Roterdam və Çinin Yanqşanla Qinqdao limanlarında sınaqdan keçirilib. Amma Kaofeidianın onlardan fərqi  ondan ibarətdir ki, burda bütün əməliyyatlar (yükləmə, boşaltma və daşıma) avtomotik idarə olunacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır