Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

0-ci ildə dəniz üzərində ilk ekoloji şəhər sakinlərini qəbul edə

“Wayaland” tamamilə dəniz üzərində salınan dünyanın ilk ekoloji modul şəhəri ola bilər. Üzən şəhər 2020-ci ildə ilk sakinlərini qəbul edəcək. Dizayner Pierpaolo Lazzarininin yaradıcılığının məhsulu olan bu şəhər dənizdə üzən müxtəlif çeşidli piramidalardan ibarət olacaq. Piramida modulları müxtəlif konfiqurasiyalardan hazırlanacaq. Ən böyük modulun uzunluğu və eni 54 metrə çatacaq. Platformanın su altındakı hissələri anbar, maşın və generator otaqlarından ibarət olacaq. Piramidanın yuxarı modulları getdikcə daralacaq. Ən böyük piramidanın 6 min 500 kvadratmetr olması planlaşdırılır. “Waya” piramidaları dəniz səviyyəsindən 30 metr yüksəkliyə çatacaq, lakin böyük bazaya və sualtı stabilizatorlara görə dalğalardan təsirlənməyəcək. Hər mərtəbədə müxtəlif bölmələr olacaq. Burda otel, mağaza, ticarət mərkəzi, bar, kino, idman zalı, spa mərkəzi fəaliyyət göstərəcək. Modulların xarici səthlərində yerləşən günəş panelləri və əsas platformanın altındakı dalğa turbinləri piramidanın enerjiyə tələbatını tamamilə ödəyəcək. 2020-ci ildə qurulacaq ilk yaşayış binası iki mərtəbəli olacaq. Layihəyə görə, bu işin tikintisi 350 min avro büdcə tələb edir. Lazzarini həmin məbləği toplamaq üçün böyük bir maliyyə kampaniyası elan edib. Layihəyə yatırım etmək istəyən investorlar “Wayaland” vatandaşı olarak qeydə alınacaqlar. Onlara xüsusi pasport veriləcək.  Beləliklə, istədikləri zaman üzən şəhərə gəlib qala biləcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır