Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Ammonyakdan alternativ gəmi yanacağı kimi istifadə oluna bilər

Hollandiya şirkəti “C-Job Naval Architects”-in apardığı araşdırmalara görə, zərərli gəmi tullantılarının azaldılmasına nail olmaq üçün, ammonyakdan (azot və hidrogenin birləşməsi) alternativ gəmi yanacağı kimi istifadə edilə bilər.

"Seanews.az" xəbər verir ki, bu ideya şirkətin aparıcı mütəxəssisləri tərəfindən irəli sürülüb. Şirkətin baş mühəndisinin qeyd etdiyinə görə, enerji axını sıxlığının hələlik kifayət qədər olmaması və digər amillər ucbatından bu konsepsiyanın reallaşdırılmasında praktiki problemlər yaranır.

Ekspertlərin fikrincə isə, bu konsepsiyanı gəmidə xüsusi təhlükəsizlik mexanizmləri quraşdırıldığı halda gerçəkləşdirmək mümkündür. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır