Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çində dron daşınması və yerləşdirilməsi üçün xüsusi gəmi istismara verilib

Çin xüsusi olaraq hava, yerüstü və sualtı dronların daşınması və yerləşdirilməsi üçün nəzərdə tutulmuş tədqiqat gəmisini suya buraxıb.

“Seanews.az” xəbər verir ki,  “Zhu Hai Yun” adlı gəmi Cənubi Okean Laboratoriyası kimi tanınan Çin laboratoriyasına məxsusdur.

88 metr uzunluğunda gəmi müxtəlif sensorlar və sistemlərlə təchiz edilmiş onlarla dron daşıya bilər.

Layihənin əsas məqsədi 100 km-lik ərazini əhatə edən su səthinin üstündə və altında üçölçülü şəbəkə müşahidə sistemi üçün pilotsuz cihazların kütləvi şəkildə yerləşdirilməsidir.

“Zhu Hai Yun” gəmisinin tikintisinə 2021-ci ildə başlanılıb. Onun istifadəyə verilməsi bu ilin sonuna planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır