Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkəti donanmasını modernləşdirir

“Hapag-Lloyd” gəmiçilik şirkəti donanmanın hərtərəfli modernləşdirilməsinə başladığını bildirib. Proqrama Hamburq limanında start verilib və burada Dubaya göndərilmək üçün şirkətin gəmisinə yeni pərvanə yüklənib.

“Seanews.az”-ın məlumatına görə,Almaniyanın “MMG” şirkətinin istehsalı olan, enerji səmərəliliyi üçün optimallaşdırılmış yeni pərvanə 2022-ci ilin sentyabrında Dubayda “Hapag-Lloyd”-un 7,5 min TEU tutumlu  “Ningbo Express” konteyner gəmisində quraşdırılacaq. Bu təkmilləşdirmə gəmiyə yanacağa qənaət etməyə və gəminin iş şəraitindən asılı olaraq karbon qazı emissiyalarını 10%-13% azaltmağa imkan verəcək.

Bir neçə yüz milyon avro dəyərində olan təmir proqramı ilə “Hapag-Lloyd” donanmasında ən azı 86 gəmini yeni və daha səmərəli pərvanələrlə təchiz etməyi planlaşdırır. Digər 36 gəmi təkmilləşdirmə zamanı optimallaşdırılmış “bulbous” tip alacaq. Quru dokda təmir işləri zamanı gövdənin paslanmasının qarşısını almaq üçün bütün gəmilərin su xəttinin altındakı xarici korpusun yan tərəfinə də qoruyucu örtük təbəqə çəkiləcək.

Nəzərdə tutulan işlərin əksəriyyəti 2025-ci ilə qədər başa çatdırılmalıdır.

İki il əvvəl şirkət 2 milyard avro dəyərində 12 mayeləşdirilmiş təbii qaz (LNG) gəmisinin tikintisi üçün sifariş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır