Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-29,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşı gömrük risklərinin idarə olunması mövzusunda beynəlxalq seminarda iştirak edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Strateji inkişaf və investisiya layihələri departamentinin əməkdaşı Ramal Səmədzadə Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “İnkişaf etməkdə olan ölkələr üçün nəqliyyatda gömrük risklərinin idarə edilməsi” mövzusunda beynəlxalq seminarda iştirak edib.

Seminar çərçivəsində o, Çinin ən böyük və dünyanın aparıcı gəmiçilik-logistika şirkətlərindən biri olan "COSCO Shipping", həmçinin dünyanın ən böyük konteyner limanı olan Şanxay limanı və nəqliyyat-logistika sahəsində fəaliyyət göstərən digər qabaqcıl müəssisələrə səfər edib.

Səfərlər zamanı gəmiçilik, liman idarəçiliyi, logistika, rəqəmsallaşma və gömrük risklərinin idarə olunması sahələrində tətbiq olunan qabaqcıl beynəlxalq təcrübə ilə tanış olub, bu istiqamətlər üzrə müasir yanaşmalar və praktik həllər barədə məlumat əldə edib.

Seminarın sonunda Ramal Səmədzadəyə Çin Xalq Respublikasının maliyyə naziri tərəfindən sertifikat təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır