Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-05,
Seanews
Heyder Eliyev

BGZ-də təcrübə keçmiş ADDA tələbələrinə sertifikatlar təqdim olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisası üzrə təhsil alan 30 tələbəyə “Bakı Gəmiqayırma Zavodu” MMC-də tədris təcrübəsini uğurla başa vurduqlarına görə sertifikatlar təqdim olunub.

Həmin tələbələr I kursu bitirdikdən sonra, 2026-cı ilin iyul ayında zavodda dörd həftəlik tədris təcrübəsi keçib və proqramı müvəffəqiyyətlə tamamlayıblar.

Tədbirdə ADDA ilə Bakı Gəmiqayırma Zavodu arasında faydalı əməkdaşlıqdan və təcrübənin gələcək mühəndislərin peşə hazırlığında oynadığı vacib roldan bəhs edilib.

Tədbirin sonunda tədris təcrübəsini müvəffəqiyyətlə başa vurmuş tələbələrə sertifikatlar verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır