Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-09,
Seanews
Heyder Eliyev

ADDA və Ukraynanın Milli Nəqliyyat Universiteti əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ukraynanın Milli Nəqliyyat Universitetinin nümayəndəsi, Hetman Petro Konaşeviç-Saqaydaçnı adına Tədris-Elmi Kiyev Su Nəqliyyatı İnstitutunun direktoru, professor Olena Timoşuk ilə görüş keçirilib.

Tərəflər dəniz və su nəqliyyatı sahəsində ali təhsilin inkişafı və gələcək fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində ADDA ilə Ukraynanın Milli Nəqliyyat Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, iki ali məktəb tələbə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması, akademik tədbirlərdə iştirak, həmçinin qısamüddətli təhsil proqramları və layihələrin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcək.  

Tərəflər Memorandumun icrası ilə bağlı yaxın gələcəkdə konkret fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır