Xəzərin sahilindən dənizçilik arzularına: ADDA-nın yüksək bal toplayan tələbələri
Bu il Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) ən yüksək balla qəbul olan tələbələr Mirzəhüseyn Nəsirov və Quram Niftiyevdir. Mirzəhüseyn qəbul imtahanlarında 612,4, Quram isə 608,8 bal toplayıb.
Hər iki tələbə ADDA-nın Dəniz naviqasiyası mühəndisliyi ixtisasında təhsil almaq hüququ qazanıb. Onları birləşdirən yalnız yüksək qəbul nəticələri deyil. İkisi də Xəzər dənizinin sahilində yerləşən rayonlarda doğulub, boya-başa çatıb. Dənizə və gəmiçiliyə uşaqlıqdan yaranan sevgidə bu amilin də rolu olub.
Mirzəhüseyn Nəsirov Lənkəran şəhərində anadan olub və 10 saylı tam orta məktəbi bitirib. Quram Niftiyev isə Masallı rayonunun Xırmandalı kəndində doğulub, Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbində təhsil alıb.
Gənclərin dənizçilik seçimi, hədəfləri haqqında öz dillərindən öyrənin.

