Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-14,
Seanews
Heyder Eliyev

ADDA-da yeni tədris ilində yeniliklər olacaq

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə yekun iclası keçirilib.

Gündəlikdə olan əsas məsələ kimi öncə akademiyanın yeni tədris ilinə hazırlıq vəziyyəti haqqında məruzə dinlənilib. Bu çərçivədə fənn proqramlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, təhsil haqlarının tənzimlənməsi, yataqxananın təmiri, həmçinin kağız jurnalların ləğv edilərək tam elektron sistemə keçilməsi barədə tapşırıqlar verilib.

İclasda yaz semestrinin imtahan sessiyasının nəticələri də təhlil edilib. Akademik nəticələrin köklü şəkildə araşdırılması, tələbələrə tyutor dəstəyinin gücləndirilməsi, habelə işləyən magistrantlar üçün hibrid və distant təhsil elementlərinin tətbiqi imkanlarının öyrənilməsi qərara alınıb.

Müzakirələrin davamında Elmi Şuranın 2025/2026-cı tədris ilindəki fəaliyyətinə dair hesabat dinlənilərək qənaətbəxş hesab edilib.

İclasda həmçinin fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların attestasiya nəticələri, eləcə də “Akademiyada idarəetmə, inzibati və professor-müəllim heyətinin tədris yüklərinin müəyyənləşdirilməsi və bölgüsü Qaydaları” geniş müzakirə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır