Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Adıgözəl Məmmədov: “Dənizçilərin tibbi müayinəsi beynəlxalq tələblərə uyğun həyata keçirilir”.

Adıgözəl Məmmədov uzun müddət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin səhiyyə müəsisələrində çalışıb. Həkimliklə yanaşı, o ictimai-siyasi, ədəbi fəaliyyətlə də məşğul olur.  

Çoxsaylı kitab müəllifi olan Adıgözəl Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2014-cü ildə Prezident mükafatına layiq görülüb. Onun kitabları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində maraqla qarşılanır. Əsərləri Braun, Miçiqan, Berkley, Stenford, Yeel, İlinioz və s kimi universitetlərin, eləcə də ABŞ konqresinin kataloqlarına daxil edilib. Həmin kitablar Moskva və İranda da çap olunub, keçmiş sovet məkanında böyük populyarlıq qazanıb.

  • Adıgözəl müəllim, kitablarınızın populyarlıq qazanması nə ilə bağlıdır?

Kitablarım əsasən mövzu aktuallığı ilə seçilir. Əsərlərimdə liderlərin psixoloji portretlərini və onların bu keyfiyyətlərinin ictimai-siyasi mühitə təsirini araşdıraraq bitkin obrazlar yaratmağa çalışıram. Daha çox siyasi liderlərin tibbi psixoloji portretini ərsəyə gətirirəm. Bu nəzəriyyəni bəzən siyasi psixologiya ilə qarışdırırlar. Halbuki, onlar tamamilə ayrı-ayrı sahələrdir.  “Baş tutmamış çevriliş”, “Siyasi liderlərin psixoloji portretləri”, “M.C. Bağırov və L.P. Beriya çevrilişinin “X” saatı, “Millətçiliyin reinkarnasiyası və psixoloji portretlər”, “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Osmanlının çöküşünə Rusiyadan baxış” və s kimi kitablarımda bu fərqi açıq-aydın ortaya qoymuşam.

  • İctimai fəaliyyət və yaradıcılıqla yanaşı, ixtisasınız üzrə də ciddi tədqiqatlarla məşğulsunuz. Bu barədə danışaq.

Stamatoloq kimi pasientlərin ən çox şikayətləndiyi kariesogen xəstəliyi ilə bağlı bir çox mətləbləri ortaya çıxarmışam. Nəticədə ağız boşluğunun gigiyenası və diş xəstəliklərində istifadə olunan diş pastası ixtira etmişəm. İxtira diş pastasının tərkibinə daxil olan orqanizmə zərərli flüor birləşmələrini əvəz edəcək yeni kompleks birləşmələrdən bəhs edir.

  • Belə bir ixtira hansı zərurətdən ortaya çıxdı?

Pasientlər müraciətlərində hər gün dişlərini yuduqlarını, lakin yenə də çürümə ilə rastlaşdıqlarını deyirdilər. Nə baş verdiyi məni maraqlandırmağa başladı. Araşdırmalarımdan məlum oldu ki, bizim istifadə etdiyimiz diş pastalarında flüorlu birləşmələr var. Bu birləşmələr ilk mərhələdə həqiqətən də dişin və ya sümük toxumalarının möhkəmlənməsində müəyyən dərəcədə iştirak edir. Avropada bu diş pastalarını yararlı saymaq olar.  Soyuq ölkələrdə qəbul olunan su dağıdıcı təsir göstərmir. Amma isti ölkələrdə suyun tərkibində istənilən halda flüor olduğundan onun aşırı itifadəsi dişlər və sümüklərin kövrəkləşməsi riskini artırır. İsti ölkədə istər-istəməz maye çox qəbul edilir. Bu da flüorun miqdarını qanda artır. Nəticədə getdikcə diş çürüyür. 

  • Siz bu pastaları nədən hazırlayırsınız?

Mənim təqdim etdiyim pastalarda dişlərin yüksək səviyyəli müdafiəsini vulkanik palçığın mineralları həyata keçirir. Bəzi firmalar bu problemi həll etmək üçün flüor olmayan diş məcunlarının tərkibini qeyri-üzvi minerallarla zənginləşdirirlər. Mən hazırladığım pastaların tərkibinə daxil olan vulkanik palçıq mineralları kompleks birləşmə şəklində olduğuna görə ağız suyunun təsiri zamanı aktiv formaya keçərək dişin strukturunu təşkil edən minerallarla rabitəyə girir. Bu pastaları Bakı ətrafındakı vulkanik palçıqlardan istifadə etməklə hazırlayıram. Araşdırmaları nəticəsində vulkanik palçıqdan təkcə diş pastası deyil, başın dərisinə və saçlara qulluq etmək üçün kosmetik müalicəvi vasitə hazırlamağın mümkün olduğunu da ortaya çıxarmışam.

  • Ümumiyyətlə, dünyada vulkanik palçıqdan hansısa vasitənin hazırlanması təcrübəsi mövcuddurmu?

Dünya bazarlarında bu gün Ölü dəniz məhsullarından hazırlanmış kifayət qədər kosmetik vasitələr var. Azərbaycandakı vulkanik palçığın xarakterik və marfoloji, kimyəvi xüsusiyyətləri qat-qat Ölü dənizdən üstündür. Bu baxımdan Azərbaycanda mövcud olan vulkanik palçıqlar vasitəsi ilə öz məhullarımızı istehsal edə bilərik. Bu qeyri-neft sektorunun inkişafına da təkan verə bilər. 

  • Layihənizlə bağlı gələcək planlarınız nədən ibarətdir?

Artıq İlkinlik haqqında patentləşdirmə almışam. Gələcəkdə bu pasta və gellərin istehsalı ilə məşğul olacaq zavodun fəaliyyətə başlamasını istəyirəm.

Adıgözəl müəllim, hazırda ASCO dənizçilərimizin diaqnostik, ambulator-poliklinik, müalicə-profilaktik xidmətinin təkmilləşdirilməsi bağlı hansı layihələr həyata keçirilir?

ASCO sosial proqramlar daxilində işçilərinin tibbi sağlamlığına ciddi diqqət yetirərək dənizçilərin tibbi müayinəsini və müalicəsini beynəlxalq tələb və göstəricilərə uyğun həyata keçirir. Azərbaycan Respublikasının 22 aprel 1997-ci il tarixli, 276-IQ nömrəli Qanunu ilə qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiyasının” (STCW) 1978-ci il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq dənizçilərin ilkin və dövri tibbi müayinədən keçmələrinə dair qaydaları və tibbi şərtləri müəyyən etmişdir. Dənizçilərin Tibbi Müayinəsi zamanı istinad edilən Beynəlxalq Səhiyyə Təşkilatının Xəstəliklərin Beynəlxalq Təsnifatının, 10-cu versiyasının diaqnostika kodları ilə ASCO-nun KSƏTƏMM departamenti tibbi-müayinə komissiyasının üzvü olan həkimlərimizi məlumatlandırmış və onları müvafiq ədəbiyyatlarla təmin etmişdir. Məhz bu qaydalara və Beynəlxalq Səhiyyə Təşkilatının Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu versiyasına uyğun tibbi müayinələr həyata keçiriləndən sonra nəticədən asılı olaraq dənizçiyə tibbi sertifikatın verilib-verilməməsi barədə tibbi-müayinə komissiyası qərar qəbul etməlidir. Tibbi-müayinə komissiyası qərar qəbulu zamanı, həm ölkə səviyyəsində, həm də dənizçiliyin və dəniz nəqliyyatının beynəlmiləl xarakterli olması səbəbindən beynəlxalq səviyyədə vahid qaydada tətbiq olunan yararlılıq meyarlarının tətbiqinə əsaslanması vacibdir. Bu qaydalar müvafiq beynəlxalq Konvensiyalara uyğun olan milli tədbirlərin formalaşdırılması üçün əsas qismində çıxış edir.

ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə bu istiqamətdə konkret maarifləndirici layihələr həyata keçirilir və işlər görülür. Bu layihələr çərçivəsində “Dənizçilərin beynəlxalq standartlara uyğun tibbi müayinəsi haqqında məlumat kitabçası”, «Dənizçilərin Sağlamlığının Qiymətləndirilməsi Zamanı Beynəlxalq Meyarlar”, “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi”, “Gəmi əczaxanasındakı dərmanlar və istifadə qaydaları” və “Gəmidə sanitar və karantin qaydaları”maarifləndirici ədəbiyyatları hazırlanmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır