Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-27,
Seanews
Heyder Eliyev

“COSCO Shipping” 1394 gəmini idarə edir

Çinin “COSCO SHIPPING Corporation Limited” (“COSCO Shipping”), Fransanın “CMA CGM” gəmiçilik şirkətləri və Şanxayın “SIPG”  beynəlxalq liman qrupu “yaşıl” dəniz metanolunun tədarükü üçün anlaşma memorandumu imzalayıblar.

Bu barədə “COSCO”-nun mətbuat xidməti məlumat yayıb. İmzalanma mərasimi hər iki ölkənin dövlət başçılarının iştirakı ilə baş tutub.

Şirkətlər gələcəkdə “CMA CGM” və “COSCO Shipping”-in iki yanacaqlı gəmilərinin yaşıl dəniz metanolu ilə tədarükü və təchizatı sahəsində əməkdaşlıq edəcəklər. Metanol bunkeri Çinin əsas limanlarında, o cümlədən Şanxayda həyata keçiriləcək.

Qeyd edək ki,  “COSCO Shipping” metanolla işləyən 12 iki yanacaqlı konteyner gəmisinin tikintisini sifariş verib. Ümumi donanması 1394 gəmidən ibarət şirkətin konteyner donanmasının tutumu 3,02 milyon TEU-dur (dünyada 3-cü yer). Qrupun quru yük donanmasına 437 gəmi, tanker donanmasına 228 gəmi, ümumi və ixtisaslaşdırılmış yüklərin daşınması donanmasına 175 gəmi daxildir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır