ASCO-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər davam edir
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İstehsalat Xidmətləri İdarəsi, (İXİ) Zığ Gəmi Təmiri və Tikintisi Zavodu (ZGTTZ) və “ASCO Nəqliyyat” MMC-də “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
İstesalat Xidmətləri İdarəsinin rəis müavini Hatəm Rəsulov və ZGTTZ-nin direktor müavini Sahib Qasımov çıxışlarında insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi haqqında danışıblar.
Qeyd edilib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mükəmməl qanunvericilik bazası mövcuddur. Bundan başqa, son illərdə ölkəmizdə insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib.
Tədbir zamanı insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulanıb.





