Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-27,
Seanews
Heyder Eliyev

Övladı şəhidlik zirvəsinə ucalan ASCO əməkdaşları və veteran dənizçilər ziyarət olunublar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri Ramazan bayramı münasibətilə Vətən müharibəsində övladı şəhidlik zirvəsinə ucalan əməkdaşları və aztəminantlı veteran dənizçiləri ziyarət ediblər.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin əməkdaşları ziyarət zamanı həm şəhid ailələrinin, həm də veteran dənizçilərin gündəlik qayğıları ilə də maraqlanıblar. Həmçinin, onlara ASCO ailəsi adından zəruri bayram ərzaqlarından ibarət sovqat təqdim ediblər.

Görüşlərdə iştirak edənlər xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, həssas təbəqədən olan şəxslər ASCO-da daim diqqət mərkəzində saxlayır. Şirkət Korporativ Sosial Məsuliyyəti çərçivəsində mütəmadi olaraq bu kateqoriyadan olanlara yönəlik müxtəlif tədbirlər və layihələr həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır