Lonq-Biç limanında 1,72 milyon TEU konteyner aşırılıb
2023-cü ilin yanvar-mart aylarında ABŞ-ın Lonq-Biç limanında konteyner yüklərinin aşırılması 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 30% azalaraq 1,72 milyon TEU-ya düşüb.
“Seanews.az”-ın məlumatına görə, bu ilin mart ayında 532,9 min TEU konteyner aşırılıb ki, bu da 2022-ci ilin mart ayı ilə müqayisədə 38% az deməkdir.
1911-ci ildə tikilmiş Lonq-Biç dünyanın aparıcı dəniz limanlarından biridir, trans-Sakit okean xidmətləri üçün mərkəzdir. 2022-ci il üçün Lonq-Biç limanında konteynerlərin aşırılması 2021-ci ilə nisbətən 2,7% azalaraq 9,13 milyon TEU təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


