Kruiz mövsümündə Torontoya 13 000 sərnişinlə 40 layner yan alıb
2022-ci ildə Kanadanın Toronto dəniz limanının yük dövriyyəsi 2 milyon ton təşkil edib. Artıq altıncı ildir ki, bu nəticə qeydə alınır.
2022-ci ildə limana 191 gəmi gəlib. Bu gəmilər liman şəkər, duz, sement və polad çatdırıblar. Həmçinin, Toronto limanına bir barjda, yedək gəmisinin müşayiəti ilə - Yeni Şotlandiyadan körpünün bir zolağı və üç bahalı transformator gətirilib.
Anti-COVID məhdudiyyətləri ilə əlaqədar iki illik fasilədən sonra sərnişin laynerlərinin limana daxil olmasına icazə verili5. Keçən il kruiz mövsümündə Torontoya təxminən 13 000 sərnişinlə 40 layner yan alıb.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır