Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-09,
Seanews
Heyder Eliyev

Batmaqda olan regional konteyner gəmisinin ekipajı xilas edilib

Tayland Krallığının donanması fevralın 7-də “Sialloyd Arc” adlı kiçik konteyner gəmisində olan 16 banqladeşli ekipaj üzvünü xilas edib.

“Seanews.az” xəbər verir ki, gəmi Phuket bölgəsinin cənub sahilindən təxminən üç mil məsafədə batıb. Ekipajın hamısı xəsarətsiz qurtarılıb.

Gəmi saat 15:20-də su alması ilə bağlı yardım çağırışı edib. Kapitan vəziyyətin sürətlə pisləşdiyini, gəminin şiddətli meyl aldığını və ekipajın gəmini tərk etməyə hazırlaşdığını bildirib.

Xilasetmə əməliyyatı zamanı yerli balıqçı qayığı 8 ekipaj üzvünü, Phuket Administrasiyasının patrul gəmisi isə digər 8 üzvü, o cümlədən kapitanı xilas edib.

115 metr uzunluğunda və 2005-ci ildə tikilmiş gəmi əvvəl Çin, 2025-ci ildə isə Sinqapurda qeydiyyatda olan “Sea Lloyd Shipping Lines” tərəfindən alınıb. Panamada qeydiyyata alınmış gəmi Malaziya Port Klang-dan Banqladeşin Çattoqram limanına yola çıxmışdı. Gəmi ümumilikdə 229 konteyner daşıyırdı ki, onlardan 14-ü təhlükəli materiallar siyahısına daxil idi. Həmin konteynerlərin bir hissəsi batıb, bəziləri isə üzür.

Hələlik gəmidə olan yanacağın miqdarı məlum deyil, lakin təxminən 4,5 mil uzunluğunda və bir mil genişliyində neft sızıntısı baş verib. Tayland donanması sızan nefti məhdudlaşdırmaq və bəzi konteynerləri toplamaq üçün tədbirlər görür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır