Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-09,
Seanews
Heyder Eliyev

Dövlət Dəniz və Liman Agentliyində Azərbaycanın mexanik sertifikatı əldə eən ilk qadın dənizçisi ilə görüş olub

Dövlət Dəniz və Liman Agentliyində Azərbaycan bayrağı altında üzən gəmilərdə motorçu vəzifəsində çalışan İradə Astanova ilə görüş keçirilib. O, fevralın 5-də Agentlikdə növbətçi mexanik ixtisası üzrə təşkil edilən imtahanda 97 bal toplayaraq ölkəmizdə komandir heyətinə daxil olmaq hüququ qazanan ilk qadın dənizçi kimi tarixə düşüb.

Görüş iştirakçıları İradə Astanovanı göstərdiyi yüksək nəticəyə görə təbrik edib, ona gələcək fəaliyyətində yüksək nailiyyətlər arzulayıblar. Qadının çətin və məsuliyyətli dənizçi peşəsinə üstünlük verməsi yüksək qiymətləndirilib.

İradə Astanova dənizçi peşəsini öz istəyi ilə seçdiyini qeyd edib. Vurğulayıb ki, gəmidə işləmək insanı həm fiziki, həm də psixoloji cəhətdən sınağa çəkir. Bu sahədə çalışmaq üçün güclü olmaq və özünə inanmaq vacibdir.

Sonda dənizçiyə növbətçi mexanik ixtisası üzrə əldə etdiyi sertifikat təqdim olunub.

İradə Astanova Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunudur. Qadın dənizçi “Gəmi qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə təhsil alıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır