Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-11,
Seanews
Heyder Eliyev

Hörmüzdə Oman marşrutu üzrə üzən iki tankerə hücum edilib

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, Hörmüz boğazının Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Hadisə Khasab şəhərindən təxminən 4 dəniz mili aralıda baş verib. Yaxınlıqdakı gəminin kapitanının məlumatına əsasən, naməlum iki gəmiyə dörd mərmi düşüb. Gəmilərdən biri yanıb, digərinin vəziyyəti isə məlum deyil. İran hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Hücum xəbəri fonunda Brent markalı xam neftin qiyməti günün sonunda 109 dollara yüksəlib. Eyni zamanda, peyk görüntüləri Səudiyyə Ərəbistanının neft hasilatı rayonlarını Qırmızı dənizlə birləşdirən Şərq-Qərb neft kəmərində mümkün pozuntulara işarə edib.

Gündəlik 5-7 milyon barel neft nəql edən bu kəmərin fəaliyyətində yaranacaq hər hansı fasilə qlobal neft təchizatına əlavə təzyiq göstərə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır