İki dənizçilik şirkəti okeana yağlı tullantı axıtdığı üçün 1,75 milyon dollar cərimələnib
ABŞ məhkəməsi iki gəmiçilik şirkətini okeana qanunsuz şəkildə yağlı su axıtmaqda, saxta göstəricilər qeydə almaqda və gəmidəki avadanlıqlara müdaxilə etməkdə təqsirli bilib.
“Seanews.az” xəbər verir ki, ittihamları qəbul edən “MSC Shipmanagement LTD” və “Hong Kong Spirit Shipping and Trading LTD” ümumilikdə 1,75 milyon dollar cərimələnib.
Pozuntular 2024–2025-ci illərdə “MSC Samira III” gəmisində baş verib. Heyət yağlı bilge suyunu çirkab su çəninə ötürərək yağlı su separatorundan keçirmədən dənizə boşaldıb.
Bununla yanaşı, separatora təmiz su verilərək sensorun yağ səviyyəsinin normadan aşağı göstərməsinə nail olunub və gəminin qeydiyyat jurnalına da saxta göstəricilər daxil edilib.
Fakt gəmi 2025-ci ilin yanvarında Filadelfiya limanına daxil olarkən ABŞ Sahil Mühafizəsinin şübhələnməsi nəticəsində üzə çıxıb.


