Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Çin Şimal Dəniz Marşrutu üzrə fəaliyyətini genişləndirir

Çinin konteyner daşıma şirkətləri Arktikadakı Şimal Dəniz Marşrutu (ŞDM) üzrə fəaliyyətlərini genişləndirir. Çinin bu il marşrut üzrə planlaşdırdığı ilk reyslərdən biri Böyük Britaniyaya çatıb, Murmansk limanında isə Mərkəzi Rusiyaya yeni yükdaşıma xidməti açılıb.

“Seanews.az” xəbər verir ki, “Dubai Tower” konteyner gəmisi Çindən yola düşdükdən 21 gün sonra, sentyabrın 9-da Böyük Britaniyanın şimalındakı Tisport limanına çatıb. Gəminin təxminən 1 300 TEU yük, o cümlədən elektrik avtomobilləri, batareyalar və bərpa olunan enerji avadanlıqları daşıdığı bildirilir.

Gəmini istismar edən “Sea Legend şirkəti” ŞDM üzrə 2026-cı ildə ümumilikdə 8 müntəzəm reys həyata keçirməyi planlaşdırır. Cənubi Koreyanın “PanStar” şirkətinin sınaq reysi də davam edir.

Eyni zamanda, Çinin “New New Shipping” şirkəti ŞDM üzrə Murmanska yeni xidmət açıb. Şirkətin gəmilərindən biri Çindən Murmanska 502 konteyner, o cümlədən avtomobil hissələri çatdırıb. Gəmi Murmanskdan isə 26 400 ton kalium gübrəsi yükləyib. Bu, liman üçün ilk belə əməliyyatdır.

“New New Shipping” şirkətinin limanda xüsusi terminal tikintisini də müzakirə etdiyi qeyd olunur. Bu addımlar Rusiyanın Şimal Dəniz Marşrutunda yükdaşımaları artırmaq və marşrut üzrə il boyu naviqasiyaya keçmək planlarına uyğun gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır