Çində yük gəmisində güclü yanğın: 25 nəfər ölüb
Çinin Tsindao limanında təmirə dayanmış “Ocean Melody” yük gəmisində baş verən yanğın nəticəsində 25 nəfər ölüb.
“Seanews.az” xəbər verir ki, yanğın cümə axşamı yerli vaxtla saat 11:00 radələrində başlayıb və 14:30-da söndürülüb.
Liberiya bayrağı altında üzən gəmidə ümumilikdə 42 nəfər olub. Onlardan 12-si təhlükəsiz şəkildə təxliyə edilib, yaralanan 5 nəfər xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin stabil olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


